Çərşənbə , 11 Mart 2026
Drone Cameras

BQXK-nın Qəzzadakı ofisinə mərmi düşüb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki ofisinə mərmi düşüb. Hadisə nəticəsndə xəsarət alan olmayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə qeyd olunub.

“Bütün tərəflərə aydın şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün BQXK-nın Rəfahdakı ofisi partlayıcı qurğu ilə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. BQXK onun binalarına edilən hücumu qətiyyətlə pisləyir”, – məlumatda bildirilib.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …