Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Braziliyanın sabiq prezidenti Bolsonaru 27 il 3 ay müddətinə azadlıqdan məhrum olunub

Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd etdiyi üçün sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.

Bolsonaronun təqsirli bilinməsi və həbs cəzasına məhkum edilməsi barədə qərarı Ali Məhkəmənin dörd hakimi – Aleşandri di Morays, Flaviu Dinu, Karmen Lusiya və Kriştianu Zanin qəbul edib. Hakim Luis Fuks siyasətçiyə bəraət verilməsinin lehinə çıxış edib. Bolsonaro 1 nəfər əleyhinə, 4 səslə təqsirkar bilinib.

Qəzet qeyd edib ki, Bolsonaru “dövlət çevrilişinə cəhddə, cinayətkar qruplaşma yaratmaqda” və qanunun aliliyini zorakılıqla pozmaqda təqsirli bilinib.

Daha əvvəl Federal Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaronu hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hərbçilərin iştirakı ilə sui-qəsd təşkil etməkdə təqsirli bilib. Bunu səsvermənin nəticələri əks etdirib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …