Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras
x-default

Bricit Makronun kişi olaraq doğulduğunu təkzib edən sübutlar məhkəməyə təqdim ediləcək

Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron ABŞ məhkəməsinə ölkənin birinci xanımının qadın olduğunu sübut edən fotoqrafik və elmi dəlillər təqdim etməyi planlaşdırırlar.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə BBC-yə onların vəkili Tom Kler bildirib.

Makron cütlüyünün Fransanın birinci xanımının kişi olaraq doğulduğunu iddia edən amerikalı jurnalist Kendis Ouensə qarşı qaldırdığı böhtan iddiası ilə bağlı məsələyə ABŞ-nin Delaver ştatının məhkəməsində baxılır.

Vəkil bildirib ki, bu ittihamlar xanım Makronu “inanılmaz dərəcədə narahat edir” və prezidenti birbaşa vəzifələrindən yayındırır.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …