Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Britaniya etirazlara qarşı qanunları sərtləşdirir

Böyük Britaniyada etirazlar əleyhinə yeni qanunlar qüvvəyə minib.

Boyukmillet.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Sərtləşdirmələr ilk növbədə magistral yolları və şəhərin mərkəzi küçələrini bağlayan ekoloji fəallara yönəlib.

Yeni səlahiyyətlər İngiltərə və Uelsdəki hüquq-mühafizə orqanlarının əməkdaşlarına oturaq aksiyaya üstünlük verən nümayişçiləri zorla yoldan çıxarmağa icazə verir. Bundan əlavə, Londonu ölkənin şimal hissəsi ilə birləşdirməli olan HS2 yüksəksürətli dəmir yolunun tikintisinə qarşı çıxan ekoloji qruplar tərəfindən etiraz forması kimi müvəqqəti tunellərin çəkilməsinə qarşı cəzalar sərtləşdirilir. İndi bu cür aksiyaların iştirakçılarını 3 ilə qədər həbs gözləyir.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …