Bazar , 15 Noyabr 2026
Drone Cameras

Britaniya kəşfiyyatı: “Rusiyanın əsas diqqəti Ukraynanın əks-hücum əməliyyatlarına hazırlığa yönəlib”

“Rusiyanın əsas diqqəti Ukraynanın əks-hücum əməliyyatlarına hazırlığa yönəlib”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiyanın qış fəslində həyata keçirdiyi hücum cəhdləri uğurlu olmayıb: “Rusiyanın gündəlik itkiləri azalıb. Ukrayna Baş Qərargahının açıqladığı rəqəmlərə görə, mart ayında gündəlik itki orta hesabla 776 nəfər idi. Apreldə isə bu göstərici 568 nəfərə düşüb. Ukraynanın dəqiq metodologiyasını yoxlaya bilmirik, lakin ümumi tendensiya çox güman ki, dəqiqdir”.

Qeyd edək ki, Prezident Volodimir Zelenski və digər rəsmi şəxslər Ukraynanın yaxın vaxtlarda əks-hücum əməliyyatlarına başlayacağını bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski ötən gün Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarına start verildiyini açıqlayıb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …