Bazar , 11 Yanvar 2026
Drone Cameras

Britaniya kraliçasının səhhətində problemlər yaranıb

Böyük Britaniyanın kralıçası II Elizabetin səhhətində problemlər yaranıb.

Həkimlər sentyabrın 8-də səhər kraliçanı müayinə ediblər və ona tibbi müşahidə altında qalmağı məsləhət görüblər.

Məlumata görə, həkimlər 96 yaşlı kraliçanın səhhətindən narahat olduqlarını bildiriblər. Bununla belə, II Elizabetin özünü rahat hiss etdiyi qeyd olunub.

Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Liz Tras deyib ki, bu xəbər bütün ölkə üçün dərin narahatlıq yaradacaq.

Hökumət başçısı özünün və Böyük Britaniyada hər kəsin duasının Kraliça və ailəsinin yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, II Elizabet hazırda Şotlandiyada Balmoral sarayındadır. Oğlu şahzadə Çarlz da onun yanındadır. Kembric hersoqu şahzadə Uilyam da Balmora yola düşüb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …