Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Britaniya səfiri: “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum xəbəri məni sarsıtdı”

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı”.

Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.

“Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm”, – o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …