Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Britaniya səfiri deputat Fazil Mustafaya qarşı terror aktını şiddətlə qınayıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktını pisləyib.

Boyukmillet.com  xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib.

F.Auld bildirib ki, bir neçə ay əvvəl F.Mustafayla tanış olmaq imkanı olub.

“Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram”, – Britaniya səfiri vurğulayıb.

Qeyd edək ki, martın 28-də saat 21:51-də F.Mustafa evinin önündə güllələnib. Dövlət Təhlükəsizlik Xidməti bu hücumu terror aktı kimi qiymətləndirib. Parlamentari əməliyyat olunub. Onun həyatına təhlükə olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …