Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Britaniya Ukraynaya zenit-raket sistemi verir

Böyük Britaniya yüksək sürətli “Starstreak”ləri Ukraynaya təhvil verib.

“Boyukmillet.com” BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Nazir “Starstreak” yüksək sürətli hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləyib.

“Bu sistemlər Ukrayna qüvvələrinə səmalarını daha yaxşı qorumağa imkan verir və 5 km-ə qədər yüksəklikdəki hava hədəflərini vura bilir”, – Uolles qeyd edib.

Müdafiə naziri bildirib ki, Britaniya artıq Ukraynaya 3 615 tank əleyhinə silah tədarük edib və tezliklə “Javelin” tank əleyhinə raketlərin kiçik partiyasını tədarük edəcək.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …