Bazar , 15 Noyabr 2026
Drone Cameras

Britaniyadan casuslarla bağlı Çinə jest

Britaniya hakimiyyət orqanları Çinlə yaxşı ticarət və diplomatik münasibətləri saxlamaq məqsədilə bu ölkə üçün casusluqda şübhəli bilinən şəxslərin təqibindən imtina ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölkə Prokurorluğu iki britaniyalıya qarşı Çinin xeyrinə Rəsmi Sirrlər Qanununu pozduqları üçün ittihamları ləğv edib. Bu iş 2024-cü ilin aprelində açılıb.

Kristofer Berri və Kristofer Keşə 28 dekabr 2021-ci il və 3 fevral 2023-cü il tarixləri arasında “dövlətin təhlükəsizliyinə və ya maraqlarına xələl gətirən məqsədlər üçün” maddəsi ilə ittiham irəli sürülüb.

FT-nin məlumatına görə, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Metyu Kollinz məhkəmədə Çini “düşmən” adlandırmaqdan imtina etdikdən sonra işə xitam verilib. Nəşr dəqiqləşdirib ki, ittihamlar Britaniya hökumətinin xarici siyasət komandasının Pekinlə yaxşı münasibətlər saxlamaq istəyi səbəbindən ləğv edilib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …