Cümə , 10 May 2024
Drone Cameras

Bu görüş Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində atılan mühüm addımdır – Cəsarət Hüseynzadə

Milli Məclisin deputatı Ramin Məmmədov  Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib və bu gün Qarabağda yaşayan erməni sakinlərlə Xocalı şəhərində ilk təmas yaradılıb.  Əlbəttə bu görüş haqqında ekspertlər tərəfində müxtəlif şərhlər ediləcək və ehtimallar irəli sürüləcək.

Hesab edirəm ki, ən vacib məqam ondan  ibarədir ki,  Vətən müharibəsindən sonra Prezident İlham Əliyev tərəfindən irəli sürülən əsas məqamlar məhz bu görüşün əsas istiqamətini təşkil edir. Yəni Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. 

QHT.az xəbər verir ki, bu fikirləri “İki sahil”ı açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin rəhbəri Cəsarət Hüseynzadə bildirib.

Ekspert qeyd edib ki,  qeyd olunan prioritetlər nəzərə alınmaqla bundan sonrakı proseslərə təmasların vacibliyini göstərir.  Hazırda yaranan şərait və bütün şərtlər aydın formada göstərir ki, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrü gəlib çatıb. Əlbəttə ki,  Qarabağda yaşayan erməni əhali üçün də ən doğru seçim də budur. Hesab edirəm ki, bu görüş Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində atılan addım kimi mühüm əhəmiyyət kəsb edir.

Check Also

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən …