Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Bu günədək Ukrayna Türkiyədən 50-dək “Bayraktar” alıb

“Ukrayna “Bayraktar” zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, “Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: “Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının “hörmətli üzvü”dür”.

O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə dronlarını hələ 2021-ci ilin iyulunda alıb.

Check Also

Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir

NATO İrana qarşı əməliyyatda iştirak etmir, lakin onun nüvə və ballistik potensialının zəiflədilməsini əsaslı sayır. …