Şənbə , 1 Aprel 2023

Bu gün 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimlinin seçiciləri ilə möhtəşəm görüşü baş tutub.

Hələ görüş başlamamış zalı dolduran seçicilər Qorxmaz İbrahimlini alqış sədaları ilə qarşıladılar. Açılış mərasimi vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla başladı.

Bundan sonra Qorxmaz İbrahimli seçiciləri salamladı və millət vəkili seçiləcəyi təqdirdə həll edəcəyi problemlərdən danışdı. O, seçicilərin inam və etibarını doğruldacağını, fəaliyyətdə olduğu müddət ərzində onların yanında olub səlahiyyətləri çərçivəsində onların problemlərini həll edəcəyini bildirdi. Seçicilər də öz növbəsində ona inandıqlarını və dəstəklədiklərini bildirdilər.
Alqış sədaları ilə bitən görüş, sevinc göz yaşları və yüksək coşqu ilə yadda qaldı.
Təbii ki, bu görüşdə aciz və ucuz üsuldan istifadə edən sifarişli provakasiya ilə görüşümüzə gəlmiş seçicimiz də oldu. Onların da aramızdan gülümsəyərək, təbəssümlə ayrılması bizim qələbəmiz oldu. Xalqın gözü tərəzidir.

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …