Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Güloğlan Cabbarov Nərimanovda izdihamlı görüş keçirtdi-FOTOLAR

Boyukmillet.com xəbər verir ki, bu gün 9 saylı Nərimanov Birinci Seçki Dairəsindən müstəqil namizəd Güloğlan Cabbarov təbliğat-təşviqat müddəti çərçivəsində  N.Süleymanov və Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan ünvanda seçiciləri ilə görüş keçirib. N.Süleymanov küçəsi sakinləri ilə keçirilən görüşdə seçicilər qarşısında çıxış edən Güloğlan Cabbarov  özü haqqında məlumat verib, ona etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə beş il müddətində daima onların yanında olacağını, qarşılaşdıqları problemlərin həllində yaxından iştirak edəcəyini vurğulayıb. Seçicilər bildiriblər ki, bu günə kimi keçirilən seçkilərdə hansısa bir namizəd onlarla görüşə gəlmədiyi kimi, eyni zamanda onların qarşılaşdıqları problemlərlə də maraqlanmayıblar. Seçicilər bildiriblər ki, 9 fevral növbədənkənar parlament seçkilərində  Milli Məclisdə öz təmsilçiləri kimi Güloğlan Cabbarova səs verəcəklər. 

Şəhid Milli Qəhrəman Əliyar Əliyev küçəsində keçirilən görüş isə, Milli Qəhramanın bu ünvanda yerləşən xatirə büstü qarşısında baş tutub. İlk olaraq Güloğlan Cabbarov seçicilərlə birlikdə abidə önünə gələrək  dualar ediblər. Güloğlan Cabbarov abidə qarşısına qərənfillər düzüb.

Keçirilən görüşdə çıxış edən Güloğlan Cabbarov keçiriləcək növbədənkənr parament seçkilərində iştirak səbəbi haqında fikirlərin bildirib. Görüşdə iştirak edən hər bir seçicidən keçiriləcək seçkilərdə ona səs verməyə cağırıb.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …