Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

Boyukmillet.com xəbər verir ki, Hamburqda gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Pükşatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

AVRO-2024 səbətlər

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Check Also

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın …