Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayacaq.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.

Check Also

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül …