Drone Cameras

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək

 gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

Boyukmillet.com -un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Açılış matçında 38 xalla 5-ci pillədə gedən “Zirə” 21 xalla sonuncu olan “Səbail”i qəbul edəcək.

İki komanda indiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gəlib. Bunların 14-də “qartallar”, 4-də “dənizçilər” qələbə qazanıblar. 4 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu üstündür – 30:14.

“Zirə” son 4 ev oyununda meydanı qələbə ilə tərk edib. “Səbail” son 6 səfər matçında qalib gəlmir.

Günün digər görüşü “Bakcell Arena”da “Neftçi” və “Qəbələ” arasında olacaq. Hazırda “ağ-qaralar” 60 xalla 3-cü, “qırmızı-qaralar” isə 39 xalla 4-cü sırada qərarlaşıb.

Bunadək keçirilmiş 58 Premyer Liqa oyununda paytaxt klubu 27, əyalət təmsilçisi 17 dəfə qələbəni bayram edib. 14 qarşılaşmada heç-heçə qeydə alınıb. Bakılıların 86 qoluna qəbələlilər 67 topla cavab veriblər.

“Neftçi” son 11 ev matçında qol vurub. “Qəbələ” son üç oyunda qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası
XXX tur

14 aprel (cümə)

17:30. “Zirə” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“​​​​Bakcell Arena”.

Qeyd edək ki, turun “Kəpəz” – “Turan Tovuz” oyunu aprelin 15-də, “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” matçları isə aprelin 16-də olacaq.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …