Cümə , 3 May 2024
Drone Cameras

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Telman Adıgözəlovun anım günüdür

Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib.

1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadənin “Dəli yığıncağı”nda Zəncirvuran, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında Daşdəmir, “Mahnı dağlarda qaldı”da Rəhman, Şekspirin “Maqbet”ində Flins, M. İbrahimovun “Közərən ocaqlar”da Xanəhməd, H.Cavidin “İblis”ində Şeypurçu, S.Vurğunun “Vaqif”ində Təlxək, S.Rəhmanın “Nişanlı qız”ında Çeşməkli kişi, E.Baxışın “Qədr gecəsi”ndə Oyunbaz, Elçinin “Ah Paris…Paris!..” əsərində Əhməd, “Mənim sevimli dəlim”də Professor, R.Novruzun “Hələ “sevirəm” deməmişdilər”də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də ürək çatışmazlığından vəfat edib.

Bir qızı, bir oğlu var.

Check Also

Azərbaycanda ədliyyə orqanlarının yaranmasından 105 il ötür

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi …