Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Bu gün Azərbaycan, Türkiyə, Pakistanın parlament sədrləri “Bakı bəyannaməsi”ni imzalayacaq

Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında birinci üçtərəfli toplantı başlayır.

Boyukmillet.com xəbər verir ki, toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi sədrinin və Pakistan İslam Respublikasının Milli Assambleyası rəhbərinin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-dan Azərbaycanda səfərdədir.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …