Bazar , 23 Fevral 2025
Drone Cameras

Bu gün Azərbaycanda restoran, kafe və çay evləri açılır

Bu gündən Azərbaycanda ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri müştərilərə yerində xidmətlə fəaliyyətə başlayır.

Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərara əsasən, fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …