Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Bu gün bizə mütləq Qərbi Azərbaycan İnstitutu lazımdır” -MÜSAHİBƏ!

Əziz Ələkbərli: “Biz silah gücünə ermənini işğal altındakı torpaqlarımızdan qova bildik, amma…”“Bu İnstitut erməninin bütün dünyadakı dayaqlarını darmadağın edə, erməninin Cənubi Qafqazdakı kökünü qazıya bilər”

Son vaxtlar Ermənistanda yeni işğal və qisas əməliyyatları ilə bağlı çağırışların artması, bununla bağlı bəzi təşkilatların yaradılmasıl müşahidə edilir. 

Moderator.az olaraq millət vəkili Əziz Ələkbərli ilə söhbətimizdə bu və digər məsələləri şərh etməyə çalışdıq.

Əziz bəy, müharibədə məğlub olmasına baxmayaraq, Ermənistanda Hadrutu, eləcə də digər torpaqlarımızı yenidən zəbt etməyi qarşılarına məqsəd qoyan müxtəlif təşkilatlar, qurumlar yaranmaqdadır. Bilmək istərdik ki, sizcə, ermənilərin bu təşəbbüsü ciddiyə alınmalıdırmı? Bu cür təşəbbüs və addımlara qarşı paraktiki olaraq hansısa addımların atılmasına ehtiyac varmı?

-Kimsə deyirsə ki, 44 günlük müharibədən sonra ermənilərin ağlı başına gələcək, demək, o, erməniləri yaxşı tanımır və ya heç tanımır. Deyirsiniz ki, 44 günlük bu müharibədə erməni darmadağın olsa da, Hadrutu, eləcə də digər torpaqlarımızı yenidən zəbt etməyi qarşılarına məqsəd qoyan müxtəlif təşkilatlar, qurumlar yaranmaqdadır. Təbii ki, yaranacaq. Bu, Cənubi Qafqazda heç bir qarış torpağı olmadan bu bölgədə dövlət yaratmaq üçün yüzillər boyu bütün şərəfsiz yollara baş vuran, onun-bunun maşası olub, yerli xalqlara qarşı deportasiya və soyqırımları törədən, törədilməsinə nail olan, bunun üçün müxtəlif terror təşkilatları yaradan, saxta tarix düzüb-qoşan, onu dünyaya sırıyan ermənidir. İndi güman edirsiniz ki, bu əxlaqsız, şərəfsiz, yaramaz, xəstə toplum birdən-birə dönüb mələk olacaq? Olmayacaq, olması da mümkün deyil. Bunlar qonşularla normal şərtlərlə yaşamaq iqtidarında deyillər. Bunların gərək həmişə başlarının üstündə dəmir yumruq ola. Artıq bu yumruq var və bundan sonra da həmişə olması vacibdir. Bu yumruq aşağı düşən kimi bunlar quduzlaşacaq.

Soruşursunuz ki, ermənilərin bu hərəkətləri ciddiyə alınmalıdırmı? Əlbəttə alınmalıdır. Həm də hər gün, hər saat, hər an! Mirzə Cəlilin bir “Kamança” pyesi var. Bu, çox ibrətamiz bir əsərdir, əslində, bizi ayıq saxlamaq üçün “sos” siqnalıdır. Əsərdən çıxan nəticə odur ki, bu ermənilər bizim havamızı, yəni zəif cəhətimizi yaxşı bilir, dara düşəndə o havanı çalıb, insanlıq duyğularımızı oyadıb, canlarını qurtarırlar. Artıq birdəfəlik bilmək lazımdır ki, ermənidən nəinki dost, hətta heç vaxt insan belə olmaz. Ola bilər gələcəkdə yanaşı da, lap iç-içə də yaşayaq, amma unutmamalıyıq ki, onlar ermənidir və hər an bizə xəyanət edə, arxasında gizlətdiyi xəncəri kürəyimizə saplaya bilər. Ona görə də “müharibə bitdi”, “torpaqlarımız işğaldan azad olundu”, “erməni tövbə etdi” və c. deyib keçmək lazım deyil. Biz gələcək erməni təxribatlarına, erməni hücumlarına özümüzü hər gün hazırlamalıyıq. Belə bir gürcü xalq məsəli var: “Erməni gəldi, özü ilə təzə bəla gətirdi”. Əgər bölgədə erməni varsa, bilin ki, bu bəla ocağı həmişə olacaq.

-Deməli, belə hesab edirsiniz ki, hər an yeni bir qarşıdurmaya hazır olmalıyıq?

-Bütün bunlar o demək deyil ki, biz işimizi-gücümüzü buraxıb, hər gün müharibəyə hazırlaşmalıyıq. Yox, biz, sadəcə, bu müharibəyə həmişə hazır olmalıyıq. Bəli, Azərbaycan 44 gündə möhtəşəm bir qələbə qazandı, bununla bütün dünya hesablaşmaq məcburiyyətində qaldı, erməni də hesablaşdı, bundan sonra da hesablaşacaq. Amma biz ermənini hərbi cəhətdən məğlub etdik, ideoloji, diplomatik müharibə hələ davam edir və edəcək də. Hələ də sülməramlı qüvvələr bölgədəki xristian məbədlərini azərbaycanlılardan qorumaq zərurətindən danışır, hələ də dünya erməninin bölgədəkə qədim tarixə, qədim mədəniyyətə malik xalq olmasından bəhs edir, hələ də xristian dövlətlər erməni xristianlığına dəstək aksiyası həyata keçirir. Bütün bunlar o deməkdir ki, bizim bütün bu erməni yalanlarını tutarlı elmi faktlarla ifşa etmək istiqamətindəki fəaliyyətimiz hələ də qənaətbəxş deyil. Mən bu sahə ilə məşğul olan tədqiqatçı alim kimi deyirəm ki, hələ də biz erməninin Qafqaz coğrafiyasındakı tarixi barədə kifayət qədər aydın elmi qənaətə malik deyilik. İndiki Ermənistan son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır, bunu hamımız bilirik, amma biz bu coğrafiya haqqında hələ də çox az məlumata malikik.

-O zaman deyə bilərikmi ki, alimlərimizin bu sahədə ciddi iş aparmasına ehtiyac var?

-Təəssüf ki, şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin  44 gündə cəbhədə, torpaqlarımızın işğaldan azad olunması yolunda axıtdığı qan qədər alimlərimiz erməni yalanlarını ifşa etmək üçün arxivlərdə, yazı masaları arxasında tər axıtmamışdır. Lakin bu, o demək deyil ki, alimlərimizin buna potensialı yoxdur, var, həm də artıqlaması ilə var, amma bu istiqamətdə sistemli fəaliyyət yoxdur. Bu gün Azərbaycana mütləq bir Qərbi Azərbaycan İnstitutu lazımdır. Ora toplaşacaq alimlərimizə normal iş şəraiti, maddi təminat yaradılmalıdır, dünyanın bir çox ölkələrinin arxivlərində işləməsi üçün onların imkanı olmalıdır. Bu İnstitut Qərbi Azərbaycan dediyimiz indiki Ermənistanın hər cığırı, hər daşı, hər izi uğrunda erməni və dünya alimləri ilə mübarizə aparmalıdır və o torpaqlardakı dəyərlərimizə sahib çıxmalıdır. Biz silah gücünə ermənini işğal altındakı torpaqlarımızdan qova bildik və ancaq bunu edə bilərdik və etdik. Amma bu İnstitut erməninin bütün dünyadakı dayaqlarını darmadağın edə bilər, erməninin Cənubi Qafqazdakı kökünü qazıya bilər. Çünki bu kök tarixi yalanlar üzərində qurulub, heç bir özülü yoxdur”.

Seymur ƏLİYEV

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …