Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Bu gün Prezident İlham Əliyev NATO-nun Baş katibi ilə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində bu gün Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Boyukmillet.com xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.

Məlumata görə, Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dünən Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …