Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Bu gün Qırğızıstanda prezident seçkiləri keçiriləcək

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə əlaqədar referendum keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a respublikanın seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.

“Növbədənkənar seçkilər istənilən seçici iştirakı ilə, amma referendum 30 faizdən yuxarı vətəndaş fəallığı ilə baş tutmuş sayılacaq”, – MSK üzvü Gülnarə Jurabayeva bildirib.

Onun sözlərinə görə, birinci turda məntəqələrə gəlmiş seçicilərin yarıdan çoxunun səs verəcəyi namizəd qələbə qazana bilər. İkinci iddiaçılardan heç biri 50 faizdən çox səs yığmasa, seçkilərin ikinci turu keçiriləcək.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …