Cümə , 17 May 2024
Drone Cameras

Bu gün UEFA Konfrans Liqasında daha 7 oyun keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Boyukmillet.com-un məlumatına görə, ikinci oyun günündə 7 qarşılaşma keçiriləcək.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşehir”i ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa “Lex”i və İsveçrə “Bazel”i isə evdə müvafiq olaraq, İsveç “Yurqarden”i və Slovakiya “Slovan”ı ilə üz-üzə gələcək.

Bu raundun cavab matçları martın 16-da olacaq.

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar

9 mart

21:45. AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə)

21:45. “Şerif” (Moldova) – “Nitsa” (Fransa)

21:45. “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya)

00:00. “Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə)

00:00. “Lex” (Polşa) – “Yurqarden” (İsveç)

00:00. “Bazel” (İsveçrə) – “Slovan” (Slovakiya)

00:00. “Gent” (Belçika) – “Başakşehir” (Türkiyə)

Qeyd edək ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “AZ Alkmaar” komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Check Also

Vadim Vasilyevin müalicə müddəti uzadılıb

Azərbaycan milli komandasının keçmiş futbolçusu Vadim Vasilyevin müalicə müddəti uzadılıb. Bunu “Report”a açıqlamasında bir müddət əvvəl …