Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib.

Roman Vasilenko qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir. “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə də nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”, – XİN başçısının müavini vurğulayıb.

O, qeyd edib ki, Qazaxıstan nefti təkcə Şərq-Qərb deyil, Şimal-Cənub istiqamətində də nəql edilir. Cənub marşrutu Türkmənistan və İrandan keçir. Türkiyə vasitəsilə İrana neftin daşınması barədə danışıqlar aparılır.

Check Also

Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub. Boyukmillet.com xəbər verir ki, bunu energetika …