Bazar , 13 Aprel 2025
Drone Cameras

Bu ilin sonunda Şuşaya istilik və isti su veriləcək

Şuşa şəhərində yeni isitmə və isti su qazanxanaları tikiləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclasında məlumat verilib.

Məlumata görə, artıq növbəti istilik mövsümündə Şuşa şəhəri istilik və isti su ilə təmin ediləcək.

Oclasda həmçinin bu istiqamətdə qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib.

İstilik mövsümü hər il noyanrın 15-də başlayır, növbəti il aprelin 15-də bitir.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …