Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Bu ölkədə koronavirusa yeni yoluxma aşkarlanmadı, xəstələrin 96 faizi sağalıb

Son gün ərzində Tacikistanda COVID-19-a heç bir yoluxma hadisəsi qeydə alınmayıb.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tackistanın Səhiyyə və Ölkə Əhalisinin Sosial Müdafiəsi Nazirliyi bildirib.

Qeyd edilir ki, hazırda ölkədə koronavirusa yoluxma şübhəsi ilə əlaqədar 355 nəfər həkimlərin müşahidəsi altındadır.

Nazirliyin dekabrın 31-ə olan məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 13 min 296 nəfər təşkil edib. Virusa yoluxmuş 12 min 851 pasiyent sağalıb. Bu, xəstələnən 96,6 %-i deməkdir. Pandemiyanın başlanğıcından Tacikistanda 90 insan COVID-19-un qurbanı olub.

Tacikistan prezidenti Emomali Rahmon dekabrın 31-də Yeni il bayramı münasibətilə xalqı təbrik edərkən qeyd edib ki, ölkədə koronavirus demək olar, yox olub. Ancaq, dövlət başçısı əlavə edib ki, “gələcəkdə də sayıqlığı qorumalı və diqqətli olmalı, ehtiyatsızlığa və səhlənkarlığa yol verməməli, həkimlərin və mütəxəssislərin tövsiyələrinə, şəxsi və ictimai gigiyena qaydalarına ciddi əməl etmək lazımdır”.

Check Also

Özbəkistanda hakim partiya müxalifətsiz seçkilərdə rahat qələbə qazanıb

Oktyabrın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə loyal hakim partiya parlament seçkilərində asanlıqla qalib gəlib, – …