Şənbə , 10 May 2025
Drone Cameras

Bu ölkələrdə virusdan ölənlərin meyitlərini saxlamaq üçün yer tapılmır

Çex Respublikasının şimal-şərqindəki Ostrava və Slovakiyanın qərbindəki Nitra şəhərlərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin dəfn edilməsi və saxlanması ilə əlaqədar ciddi problemlər yaranıb.

Bu barədə Boyukmillet.com “Mlada fronta Dnes” qəzetinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 288 min əhalisi olan Ostravanın krematoriyası gecə-gündüz işləyir, lakin ölüləri yandırmağı çatdıra bilmir.

76,5 min insanın yaşadığı Nitrada, cəsədlərini saxlamaq üçün qış stadionundan istifadə etməyə hazırlaşırlar. Cəsədləri saxlamaq üçün səyyar soyuduculardan istifadə edilir.

Slovakiyada, son bir gündə koronavirusdan 204 nəfər həyatını ititirb. Bununla da ölənlərin ümumi sayı 2 521-ə çatıb. 10 milyon vətəndaşı olan Çex Respublikasında COVID-19 12 070 nəfərin ölümünə səbəb olub.

Check Also

ABŞ Energetika Nazirliyi: Amerika termonüvə bombalarının seriyalı istehsalına başlayır

Birləşmiş Ştatlar mayın sonlarında – qrafikdən təxminən bir il tez ən yeni B61-13 termonüvə aviabombalarının …