Cümə , 3 May 2024
Drone Cameras

Bunun adına SAXTAKARLIQDAN başqa bir ad tapa bilmədim!

Deməli QHT Agentliyi dünən rəsmi şəkildə açıqladı ki, 2024-cü il müsabiqələri üçün 754 layihə təklifi daxil olub.

Diqqətlə oxuyun və zəhmət olmasa skrin edib yuxarıya da göndərin. Başqa şeyləri necə tez edirsinizsə QHT Agentliyi dünən rəsmi olaraq elan edir ki, layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb. Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.

YƏNİ dünən artıq məsələ bitib. Amma bu gün bəzi QHT-lərə aşağıda əlavə etdiyim mesaj gəlib

QHT-lər dərhal səs-küy saldıqdan sonra Agentlik xahiş edib ki, gün ərzində düzəliş edib sənədləri yükləyin. Bunun adına inqilabi dəyişiklik deyirlərsə, halal olsun o beyinlərə

DİGƏR VACİB MƏSƏLƏ: 779 QHT məsələsi Hər zaman deyirsiniz ki, üst-üstə toplasan 200-300 QHT işləyir. Bu QHT-ləri Şeyx Nəsrulla diriltdi?

Deməli mənim tanıdığım bəzi QHT-lər var ki, onlar hər 3 müsabiqəyə, bəziləri isə 2 müsabiqəyə müraciət edib. Belə olduğu halda burada layihə sayı 754 ola bilər, QHT sayı isə istər-istəməz azalır. Nə isə o öz işinizdir, onsuz da 2023-cü ildə də ölü QHT-ləri doldurdunuz, şərikləriniz məsələni ört-bastır elədi.

Sözüm ondadır ki, saxtakarlığı heç olmasa elə edin ki, QHT-lərə belə mesaj gəlməsin.

Mətanət Əsgərqızı

Check Also

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …