Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

“Bütün bayramları onlara borcluyuq – Cəlal Qurbanov

Müdafiə Nazirliyinin dəstəyi,  “Fire Land Production” və Azman Holdinqin  təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi üçün nəzərdə tutulmuş “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı silsilə layihələrin davamı kimi şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirak etdiyi Ramazan tədbiri keçirilib.

Boyukmillet.com xəbər verir ki, layihə öz məqsədinə sadiq qalaraq əhatə dairəsini daha da genişlərdirir, daha çox şəhid ailəsini öz diqqətində saxlamağı hədəf götürür. İndiyə kimi 1000-dən çox şəhid ailəsini müxtəlif tədbirlərə dəvət edən, onlara həyatın bütün sahələrinə dair qayğı göstərən, mənəvi çətinliklərini aradan qaldırmağa çalışan  böyük komandanın hər tədbiri  həyəcan, duyğu dolu anlarla keçir. 

 “Fire Land Production” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə bu bayramı da şəhidlərimizə həsr etdi. Tədbir Azman Holdinq ailəsinin restoranlar şəbəkəsinə daxil olan Manqal steak House-da baş tutdu. 

Saat 6-dan etibarən məkana gələn analar övladlarının ruhuna ehsan olsun deyə öz əlləri ilə halva hazırladılar. Bu kövrək anlara əlinin istisini qatanlar isə şəhid general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin anaları idi. 

İftardan öncə tədbirinin rəsmi açılışını vətənpərvər çıxışları ilə seçilən Lalə Azərtaş etdi və günün sonuna qədər bayram proqramının idarəçiliyini öz boynuna götürdü.  Tədbir şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükutla başladı, ardınca dövlət himni səsləndi.  “Şəhid anaları qürurla yaşlanırlar, onların xanımları ismətlə yaşayırlar, onlar qəhrəmanları  bu qələbəyə ruhlandıran  dişi aslanlardırlar” fikirləri ilə sözlərinə başladı. 
Söz rəsmi şəxslərə verildi.  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Elvin Əzizov, Milli Məclisin deputatları Ziyad Səmədzadə və  Arzu Nağıyev Vətən müharibəsində Dövlətimizin sarsılmaz iradəsini ifadə edən çıxışlar etdilər. 

Sonra bayramın dini mahiyyətini sevilən din xadimi Hacı Şahin öz çıxışı ilə bir daha vurğuladı, şəhidliyin İslamdakı uca məqamından danışdı. 

Xalq şairi Ramiz Rövşənin 1994-cü ildə yazdığı “Ağ atlı igid” şeirindən sonra müasir və qalib Azərbaycana ithaf etdiyi “Vətənə tərif” şeirini səsləndirdi. 

Tədbirin rəsmi hissəsini  Alim Qasımovun  səsləndirdiyi azan ifası tamamladı. 

Tədbirin bədii hissəsindən əvvəl səhnəyə qazilər  Polad Rzayev və Vətən Cəfərli dəvət olundular.  Bu çıxışlardan sonra  əməkdar artist Fərqanə Qasımovanın səsləndirdiyi ifa ilə məclis daha da  təsirləndi.

Tədbirdə çıxış edənlərdən savayı  Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini, qərargah rəisi –  Zaur Zeynalov, Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev, televiziya məkanının unudulmaz səsləri olan Roza Tağıyeva, Şərqiyyə Hüseynova, tanınmış aparıcı Hacı Nuran iştirak etdilər. Möhtəşəm Ramazan tədbirin təşkilində görünməyən qəhrəmanlardan olan  Cəlal Qurbanov mətbuata fikirlərini bu cümlələrlə ifadə etdi:

“Cənab Prezidentin, Ali Baş Komandanın əmri, siyasi iradəsi və dövlətçilik məqsədlərinin izi ilə bu yolu gedirik. Və əslində Vətən və onun şəhidləri qarşısında borcumuzu ödəyirik.  Bizim borcumuz onları unutdurmamaqdır, gələcək nəslə örnək olaraq xatirələrini yaşatmaqdır. Şəhid yaxınlarına təsəlli olmaq, sonsuz minnətdarlıq hissimizi ifadə etməkdir. Bu Vətən üçün heç bir can boşa gedə bilməz və getmədi də… Onlar Vətəni öz ruhları ilə yoğurublar. Biz də   ailələrimizlə bərabər onların yaxınlarını sevilən, firvan Vətəndə yaşatmaq üçün əlimizdən gələni edəcəyik, etməliyik… Şəhidlərimiz hər zaman yad ediləcək, şəhid doğmaları heç bir bayramda unudulmayacaqlar! İndiyə kimi “Mənim atam qəhrəmandır”  və “ Mənim oğlum qəhrəmandır” layihələrinə dəstək verən Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir  Həsənov və Daxili İşlər Naziri Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm”.

Check Also

Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib. …