Bu dünyanın ən səmimi və pak varlıqları uşaqlardır. Onlar öz kiçik qəlblərində təmiz sevgi daşıyırlar. Bizim ötəri baxıb keçdiyimiz kiçik çiçəyə belə, onlar böyük maraq və diqqət göstərirlər. Yaşadığımız zamanın hər günü onlarındır. Amma bu gün xüsusi gündür.
“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-nə özəl olaraq, kiçik dostlarımızdan biri ilə hazırladığımız müsahibəni sizə təqdim edirik:

-Salam, zəhmət olmazsa, özünü təqdim et.
-Salam. Mən Binyamin Nəsirovam.
-Neçənci sinifdə oxuyursan?
-192 saylı məktəbin 3 “a” sinifinin şagirdiyəm.
-Müəlliminin adı nədir?
-Tağıyeva Nərgiz.
-Binyamin, dərslərini necə oxuyursan?
-Əlaçıyam, təltifnamələrim də var.

-Böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən?
-Cərrah olmaq istəyirəm. Buna görə ali təhsilimi xaricdə almağı düşünürəm.
-Hobbilərin var?
-Tarixi şəxsiyyətlər haqda məlumat toplamağı və mütaliə etməyi xoşlayıram.

-İdealın var?-Bəli, blogger Şahin Cavadov. Çünki centelmendir.
-Uşaqlar üçün nə etmək istəyərdin, dostum?
-Afrikada aclıqdan əziyyət çəkən uşaqlar və ümumilikdə oranın sakinləri üçün ərzaq göndərmək istəyərdim.
-Dünyanı sənə versəydilər nə edərdin?
-Bütün xəstə insanları sağaltmağa çalışardım.
-Suallarımızı cavablandırdığın üçün təşəkkür edirəm, Binyamin.
-Müsahibə üçün məni seçdiyinizə görə mən də sizə təşəkkür edirəm.
Ayna FƏRHAD


Boyukmillet.com Biz yanmasaq vətən yanar
