Bazar , 8 Fevral 2026
Drone Cameras

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran məlumatlar yayıb.

Boyukmillet.com xəbər verir ki, Rusiya qoşunları şərq cəbhəsinin strateji əhəmiyyətli bir neçə məntəqəsində irəliləməyə nail olublar.

Məlumata görə, işğalçı qüvvələr hazırda üç əsas istiqamətdə aktivliyini artırıb:

Rusiya bölmələri Yampol yaşayış məntəqəsi yaxınlığında mövqelərini genişləndirib. Bu ərazi hər iki tərəf üçün strateji keçid məntəqəsi hesab olunur.

Slavyansk istiqaməti: Bondarnoye kəndi ətrafında rusların irəliləyişi qeydə alınıb. Bu, Slavyansk şəhərinə gedən müdafiə xətləri üçün birbaşa təhlükə yaradır.

Konstantinovka ətrafı: Ən ciddi aktivliklərdən biri də Stepanovka kəndi yaxınlığında müşahidə olunur. Buradakı irəliləyiş Rusiyaya logistik qovşaq olan Konstantinovkaya təzyiqi artırmaq imkanı verir.

Hərbi ekspertlər bildirirlər ki, Rusiya ordusu fevral ayı ərzində hücum tempini maksimuma çatdıraraq, Ukraynanın müdafiə sədlərini müxtəlif nöqtələrdən yarmağa çalışır. Ukrayna Silahlı Qüvvələri isə bu istiqamətlərdə ağır döyüşlərin getdiyini və düşmənin canlı qüvvə üstünlüyündən istifadə etdiyini bildirib.

Check Also

Əraqçi: İran nüvə silahı hazırlamağa can atmır

İran nüvə silahı hazırlamağa can atmır, ölkənin əsl gücü təzyiqlərə müqavimət göstərmək və böyük dövlətlərin …