Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Cənubi Koreya Məhkəməsi ölkə Prezidenti barədə həbs qərarı çıxarıb

Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib.

Boyukmillet.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.

“İdarə təsdiq edir ki, həbs və axtarış qərarı dekabr ayının 31-də çıxarılıb və bu barədə ərizə İdarə tərəfindən Yun Sok Yol barəsində verilib”, – qurumdan bildirilib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …