Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Cənubi Koreyada etirazçılar Prezidentin ofisinə daxil olmağa cəhd göstərib

Cənubi Koreyada radikal solçu tələbə qrupunun 20 üzvü ölkə Prezidenti Yun Sok Yolun ofisinə soxulmağa cəhd etdikləri üçün polis tərəfindən saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Onlar Prezidentin istefasını və dövlət başçısının həyat yoldaşı Kim Qon Hinin iddia edilən maliyyə fırıldaqları ilə bağlı xüsusi araşdırma aparılmasını tələb edərək prezidentin ofisinin qarşısına toplaşıblar.

Aksiya rəsmi qurumlarla əvvəlcədən razılaşdırılmayıb. Tələbələr administrasiyanın əməkdaşları ilə görüş istəyiblər, bundan sonra darvazalardan və hasardan içəri girməyə başlayıblar. Bir qrup şəxs nəzarət-buraxılış məntəqəsini keçə bilib, qalanları keçid məntəqəsinin qarşısında oturaq aksiya keçirib.

Prezident ofisinə soxulmaq istəyərkən saxlanılan şəxslər polis bölməsinə aparılıb.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …