Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

Cənubi Koreyada müxalifət Prezidentin impiçmentini tələb edir

191 deputat müxalifətin təklifini dəstəkləyib

Cənubi Koreya müxalifəti dekabrın 4-dən Prezident Yun Sok Yolun impiçmenti prosesinin başlandığını elan edib.

İmpiçment təklifi altı müxalifət partiyasından olan 191 deputat tərəfindən bəyənilib.

Hakim Xalq Gücü Partiyasının deputatları müzakirəyə qatılmayıb.

İmpiçment qanun layihəsinin dekabrın 5-də plenar iclasa təqdim ediləcəyi, səsvermənin isə dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilir.

Cənubi Koreya müxalifəti dekabrın 3-də Prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət tətbiq etməsindən bir gün sonra, dekabrın 4-də ölkə Prezidentinə qarşı impiçment proseduruna başlayıb.

Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreyanın tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.

Prezident müxalifət partiyalarının ölkəni böhran vəziyyətinə salmağa çalışdığı üçün bu tədbirə əl atdığını deyib.

Ölkə parlamenti Prezidentin qərarına qarşı çıxıb.

Dekabrın 4-nə keçən gecə Cənubi Koreyanın Nazirlər Kabineti hərbi vəziyyətin ləğvini təsdiqləyib.

Check Also

Trampın Ukrayna ilə bağlı 3 planı var

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna ilə bağlı 3 müxtəlif variantı gözdən keçirir. Boyukmillet.com xəbər …