Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Cənubi Koreyanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb

Cənubi Koreyada xüsusi prokuror keçmiş baş nazir Han Dok Sunu sabiq prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etmək cəhdinə təhrik etməkdə günahlandırıb.

Boyukmillet.com bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.

“Xüsusi prokuror Ço İn Sokun komandası bildirib ki, Han barəsində fiziki həbs olmadan təhrik, yalan ifadəvermə, rəsmi sənədlərin saxtalaşdırılması və məhv edilməsi, eləcə də digər qanun pozuntuları üzrə ittiham irəli sürülüb”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmişdi. Bu qərar ölkə vətəndaşlarının narazılığına səbəb olmuş və parlament dərhal onun ləğvinə səs vermişdi. Nəticədə dövlət başçısı əmrin ləğvi ilə razılaşmışdı.

Bundan sonra Cənubi Koreya parlamenti prezidentin impiçmenti üçün səs verib və o hazırda həbsdədir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …