Şənbə , 23 Noyabr 2024

Cəmiyyət

“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis edilir

Azərbaycanda “Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis olunur. Bu barədə  Milli Məclisdən məlumat verilib. Bildirilib ki, parlamentin bu gün keçiriləcək iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Read More »

Şənbə-bazar günləri taksilər işləməyəcək

Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb. Həmin siyahıda taksi xidməti yoxdur. Nazirlər Kabinetindən məlumat təsdiqlənib. Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək.

Read More »

Vətən Müharibəsində iştirak edərək yaralanan dənizçilər ziyarət olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Professor Əziz Əliyev” gəmisinin ikinci mexaniki Dəryanur Heybətov və Xəzər Dəniz Neft Donanmasının “General Əsədov” gəmisinin motorçusu Qabil Sadıqov Vətən Müharibəsində adını tarixə yazdıran qəhrəmanlardandır. Bu barədə ASCO-dan məlumat verilib. Hər iki dənizçi haqq savaşında igidliklə döyüşərək yaralanıblar və hazırda müalicə olunurlar. ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə Dəryanur Heybətov və Qabil …

Read More »

Goranboyda pambıq yığımında yeni nəsil kombayınları sınaqdan keçirilib

Kiçik pambıq təsərrüfatları üçün nəzərdən tutulan yeni kombaynların sınaq mərhələsi davam edir. Biləsuvar rayonundan sonra bu texnika Goranboy rayonunda sınaqdan keçirilib. Bu barədə Boyukmillet.com Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. “Case New Holland Industrial” şirkəti ilə “Aqroservis” ASC-nin birgə təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni nəsil “Case” kombaynlarının pambıq sahələrində sınaq yığımları mərhələsinə xanım mexanizator da cəlb edilib. ”Aqroservis”in Ağsu rayon …

Read More »

Koronavirusa yoluxub sağalanlarda immunitet neçə müddət qalır?

COVID-19 xəstəsi olub sonradan sağalan şəxslərdə immunitet səkkiz ay və ya daha uzun müddət qala bilər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, müvafiq araşdırma “bioRxiv” portalında dərc olunub. ABŞ-dakı La Hoya İmmunologiya İnstitutunun mütəxəssisləri hələ pandemiyanın başlanğıcında koronavirusu yüngül formada keçirən 19-81 yaş arası 185 pasiyentdən bir neçə dəfə analiz götürüb. Alimlər immun sisteminin dörd komponentini – antikorları, ehtiyac olduqda …

Read More »

Azərin xanım ürəkləri fəth etdi!

Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında Türkiyənin İzmit şəhərində yaşayan Bilal Dündarın da müstəsna xidmətləri var. Bilal Dündar Azərbaycan kökənli Türkiyə vətəndaşıdır.Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəridir. Bilal Dündar Türkiyədə yaşayan yeganə şəxsdir ki, Xocalı soyqırımının qurbanlarının xatirəsinə möhtəşəm abidə qurulmasına zəruri dəstək göstərib. O, Kocaeli vilayətində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradıb.Bu mərkəzdə Qarabağ faciəsini özündə əks etdirən muzey yaradılıb. Muzeydə Azərbaycana …

Read More »

Ermənilər 200-dən çox yaşayış məntəqəsinin adını dəyişdirib

“Erməni vandalları Dağlıq Qarabağ və ətraf rayonlarda təkcə bizim tarixi abidələrimizi, qəbiristanlıqlarımızı, yaşayış məntəqələrimizi viran qoymaqla kifayətlənməyiblər. Onlar oradakı çoxsaylı yaşayış məntəqələrimizin adlarını da süni şəkildə dəyişdirərək erməniləşdiriblər”. Bunu  Milli Məclisin Toponomiya komissiyasının sədri İsa Həbibbəyli deyib. O bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni vandalları tərəfindən adları süni yollarla dəyişdirilən yaşayış məntəqlərimizin sayı 200-dən çoxdur: “Ali Baş Komandanın qanunvericilik təşəbbüsü …

Read More »

“VECON CONSULTING”dən örnək addım: Şəhid ailələrinə təmənnasız xidmət göstərəcək

Ölkənin qiymətləndirmə sektorunda aparıcı şirkətlərdən olan “VECON CONSULTING” Azərbaycanın illərdir işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirəcək. Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir. Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu …

Read More »

Bakıdakı poliklinikalar 7 günlük iş rejiminə keçib

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Read More »

Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılmışdır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bununla bağlı bildirilmişdir ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilmiş ərazilərimizdə …

Read More »