Cəmiyyət

Azərin xanım ürəkləri fəth etdi!

Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında Türkiyənin İzmit şəhərində yaşayan Bilal Dündarın da müstəsna xidmətləri var. Bilal Dündar Azərbaycan kökənli Türkiyə vətəndaşıdır.Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəridir. Bilal Dündar Türkiyədə yaşayan yeganə şəxsdir ki, Xocalı soyqırımının qurbanlarının xatirəsinə möhtəşəm abidə qurulmasına zəruri dəstək göstərib. O, Kocaeli vilayətində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradıb.Bu mərkəzdə Qarabağ faciəsini özündə əks etdirən muzey yaradılıb. Muzeydə Azərbaycana …

Read More »

Ermənilər 200-dən çox yaşayış məntəqəsinin adını dəyişdirib

“Erməni vandalları Dağlıq Qarabağ və ətraf rayonlarda təkcə bizim tarixi abidələrimizi, qəbiristanlıqlarımızı, yaşayış məntəqələrimizi viran qoymaqla kifayətlənməyiblər. Onlar oradakı çoxsaylı yaşayış məntəqələrimizin adlarını da süni şəkildə dəyişdirərək erməniləşdiriblər”. Bunu  Milli Məclisin Toponomiya komissiyasının sədri İsa Həbibbəyli deyib. O bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni vandalları tərəfindən adları süni yollarla dəyişdirilən yaşayış məntəqlərimizin sayı 200-dən çoxdur: “Ali Baş Komandanın qanunvericilik təşəbbüsü …

Read More »

“VECON CONSULTING”dən örnək addım: Şəhid ailələrinə təmənnasız xidmət göstərəcək

Ölkənin qiymətləndirmə sektorunda aparıcı şirkətlərdən olan “VECON CONSULTING” Azərbaycanın illərdir işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirəcək. Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir. Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu …

Read More »

Bakıdakı poliklinikalar 7 günlük iş rejiminə keçib

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Read More »

Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılmışdır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bununla bağlı bildirilmişdir ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilmiş ərazilərimizdə …

Read More »

Naxçıvan Bölməsində hamiliyə götürülən tələbələr üçün elmi-praktiki seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Kimya ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib. Tədbirdə institutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Kimyəvi tədqiqatlarda müasir metodların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim tələbələrə müasir tədqiqat sahəsi-nanotexnologiyadan, nanobirləşmələrin alınma metodlarından, onların tədqiq və tətbiqindən ətraflı …

Read More »

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

“32 il öncə müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı ərazilərini də azadlığa qovuşdurublar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu feysbukda yazıb. “1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad olunan torpaqlarda dalgalanır! Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”, – o qeyd edib.

Read More »

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Boyukmillet.com xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı-red) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana …

Read More »

Cəbrayılda komendant postunu qanunsuz keçən şəxslər saxlanıldı

Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq …

Read More »

Qarabağdakı Birgə Monitorinq Mərkəzinin yerini Azərbaycan müəyyənləşdirəcək

Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu, Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsində əksini tapıb. Layihə Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

Read More »