Bazar , 19 May 2024

Cəmiyyət

“Bank BTB” Füzuli rayonunda yeni filial açır

Şücaətli ordumuzun və Ali Baş Komandanımızın sayəsində Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz iqtisadiyyatımızın bütün sahələri üçün yeni səhifə açdı. “Bank BTB”nin İdarə Heyəti bankın filial şəbəkəsini genişləndirərək işğaldan azad olmuş Füzuli rayonunda müasir tələblərə və standartlara uyğun filial açacağı ilə bağlı qərar qəbul edib. Füzuli rayon ərazisinin düşməndən təmizlənməsi prosesi və vətəndaşlarımızın normal şəraitdə yaşayışı üçün bərpa işləri yekunlaşdıqda “Bank …

Read More »

“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb. Bu barədə  ASCO-dan məlumat verilib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Bundan başqa, gəminin sualtı və suüstü hissələri, yük …

Read More »

Naxçıvanlı şəhid anası Rəna Hüseynova: Balamın nişanı da, balamın toyu da onun bayrağıdır!

MÜQƏDDƏS TORPAQ, MƏĞRUR ANA, QƏHRƏMAN OĞUL!!! Bir neçə gündür, Naxçıvan Dövlət Televiziyasının əməkdaşları tərəfindən şəhid anası Rəna Hüseynovadan alınan müsahibə  minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılır, yüzlərlə şərh yazılır: oğlu Vətən uğrunda şəhid olan bir ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi? İndi bildiniz, Vətənə nə üçün Ana deyirik? 30 illik işğala, zülmə son qoyan övladları dünyaya …

Read More »

Şahin Həsənov: “Qalib bir ölkənin vətəndaşı olaraq vətəndən kənarda olmaq, çox qürürvericidir”

Bu günlərdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin rəhbərliyində İSBAM nümayəndə heyəti Türkiyədə bir sıra silsilə tədbirlər və görüşlər keçirmişdir. Səfərdən geri dönən, görüşlərədə iştirak edən İSBAM Qazaxıstan təmsilçisi Şahin Həsənov Boyukmillet.com-a açıqlama vermişdir: “Öncə onu bildirim ki, qalib bir ölkənin vətəndaşı olaraq vətəndən kənarda olmaq, çox qürürvericidir. Bizi səfər müddəti ərzində hər yerdə “Zəfəriniz mübarək …

Read More »

Sumqayıtdakı avtobuslarda gediş haqqının kartla ödənilməsi mümkün olub

“PAŞA Bank” ASC, rəqəmsal ödəniş texnologiyalarında qlobal lider olan “Visa” şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus “Sumqayıt Nəqliyyat” MMC birlikdə şəhərdəki ictimai nəqliyyatda ilk dəfə olaraq gediş haqqının təmassız ödəniş kartları və NFC cihazları ilə ödənilməsi sistemini təqdim edib. Boyukmillet.com  bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, Sumqayıt sakinləri ictimai nəqliyyatda gediş haqqını istənilən təmassız bank kartı və …

Read More »

Əməkdar elm xadimi vəfat edib

Azərbaycan tibb elminə ağır itki üz verib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Əməkdar elm xadimi, professor Zakir Qarayev vəfat edib. Allah rəhmət eləsin!

Read More »

98 yaşlı RVT sədrinin fəaliyyətindən narazılıq artır

Respublika, Müharibə Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatında (RVT) ciddi narazılıqlar baş qaldırıb. Təşkilat Şöbəsinin rəhbəri, polkovnik Nadir İsmayılovun Azinforum.az-a verdiyi məlumata görə , RVT- nin sədri, 98 yaşlı general Tofik Ağahüseynov qanunsuz əməllərini gizlətmək üçün , cəsarətli kadrları təşkilatdan uzaqlaşdırmaqdadır: “Səbəbini istədiyi tərzdə yazmaqdan da çəkinmir. Bunlardan biri də mənəm.Yazmaqda məqsədim aidiyyəti qurumlara günahsız “qurbanların” səsini çatdırmaqdır. Bulanlıq suda balıq …

Read More »

Əjdər Həmidov vəfat edib

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib. Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib. Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün xəstəxanada vəfat edib. Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil. Allah rəhmət eləsin!

Read More »

Şirvan şəhərində könüllü döyüşlərdə iştirak edən əsgər anasından Azəriqaz MMC tərəfindən evinə qaz çəkdirmək üçün 1000 manat pul istənildi.

Bu Şirvan şəhərindən işğal altında olan torpağlarımız uğrunda gedən döyüşlərdə könüllü gedən əsgərimiz İsayev Kənanın evidir. Kənangilin hal hazırda evində qaz yoxdur.Anası qaz çəkdirmək üçün müraciət etsədə, küllü miqdarda pul istənilib. Ananın müraciətinə baxılmır. Bizim bu qardaşımız həmdə aprel döyüşçüsüdür. Bir çoxu isti yorğanında, isti evində torpağlarımızın azad olma xəbərini eşidəndə qələbə sevincini yaşadı. Bu qələbə bu əsgərlərimizin,şəhidlərimizin sayəsində oldu. …

Read More »

ÜST: Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır

“Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptektlərdə sərbəst satışı məhdudlaşdırılmalıdır: “Bunun üçün müəyyən işlər aparılmalı və insanlar maarifləndirilməlidir”.

Read More »