Bazar , 19 May 2024

Cəmiyyət

“VECON CONSULTING” Qarabağda nümayəndəliyini açacaq

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də başladığı qətiyyətli əks-hücum əməliyyatları nəticəsində illərdir erməni işğalı altında olan Qarabağımızda bayrağımız ucaldıldı. Bu qələbəni bizə bəxş edən müzəffər ordumuza, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə, Ali Baş Komandana hər zaman dərin minnətdarlıq hissi duyacağıq.“Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsi …

Read More »

DİN-dən siqaret çəkilməsi ilə bağlı daha bir açıqlama

Daxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib. DİN Mətbuat xidmətindən  bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz: “Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti …

Read More »

Azərbaycanlı alimin COVID-19-a aid tədqiqatı nüfuzlu jurnalda dərc olunub

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev COVID-19-la bağlı daha bir elmi tədqiqat aparıb. Boyukmillet.com xəbər verir ki, tədqiqat dünyaca məşhur tibb mütəxəssisləri və ekspertlər tərəfindən nüfuzlu elmi “Bone” jurnalında dərc olunmağa qəbul edilib. Belə ki, ilk dəfə olaraq azərbaycanlı alim tərəfindən “Sümük sıxlığının və sümükdə olan mineral dəyişikliklərin COVID-19-un kliniki …

Read More »

“Ən böhranlı ay dekabr və yanvar ayı olacaq” – Virus hamının qapısını döyür

“Koronavirus artıq hər kəsin qapısını döyür, bu sürətlə yayılma davam edərsə, təhlükələr həm tibbi və həm də sosial-iqtisadi müstəvidə çoxala bilər. Odur ki, hakimiyyətin post müharibə dövründə əsas diqqət göstərdiyi sahələrdən biri də COVİD-19 pandemiyasının neqativ təsirlərindən əhalini və sahibkarları qorumaq olmalıdır”.  Boyukmillet.com xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O, bildirib ki, hazırda əhalinin sağlamlığının təminatı sahəsində …

Read More »

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.  Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin …

Read More »

DİN vətəndaşları karantin rejiminə əməl etməyə çağırdı

Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik! Bununla yanaşı, xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin …

Read More »

Eksternat imtahanları üçün onlayn sənəd qəbulu başlayıb

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara onlayn sənəd qəbulu başlayıb. Təhsil Nazirliyindən bildirilib ki, onlayn sənəd qəbulu noyabrın 20-dən dekabrın 18-dək həyata keçiriləcək. Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma …

Read More »

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı dəyişiklik təsdiqləndi

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydaya dəyişiklik edilir. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Məcəllənin 13-cü maddəsinin (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) 13.2-ci bəndinə təklif edilən dəyişikliklə Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji …

Read More »

“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəxslərə güzəştlər olacaq

“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəxslər qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə edəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi …

Read More »

“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis edilir

Azərbaycanda “Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis olunur. Bu barədə  Milli Məclisdən məlumat verilib. Bildirilib ki, parlamentin bu gün keçiriləcək iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Read More »