Bazar , 19 May 2024

Cəmiyyət

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

“32 il öncə müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı ərazilərini də azadlığa qovuşdurublar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu feysbukda yazıb. “1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad olunan torpaqlarda dalgalanır! Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”, – o qeyd edib.

Read More »

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Boyukmillet.com xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı-red) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana …

Read More »

Cəbrayılda komendant postunu qanunsuz keçən şəxslər saxlanıldı

Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq …

Read More »

Qarabağdakı Birgə Monitorinq Mərkəzinin yerini Azərbaycan müəyyənləşdirəcək

Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu, Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsində əksini tapıb. Layihə Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

Read More »

AMEA-nın müxbir üzvü Beynəlxalq konfransda iştirak edib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Fransanın Lion şəhərində keçirilən “Keçid dövrü: Neolit dövründən Dəmir dövrünədək miqrasiya, yenilik, ətraf mühitin dəyişməsi” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib. Üç gün davam edən beynəlxalq tədbirdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın Erkən Eneolit mədəniyyətinin formalaşmasında pastoral həyat tərzinin rolu” mövzusunda …

Read More »

ƏƏSMN Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 642 mənzil alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 642 mənzilin satın alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub. Boyukmillet.com  vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Prime İnşaat” MTK, “AN İnşaat” MMC və …

Read More »

Türkiyədə Universitetdə şəhid ailələrinə ödənişsiz təhsil və təqaüd veriləcək

Şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülki şəxslərin yaxınları olan 20 tələbə Türkiyənin Nişantaşı Universitetində pulsuz təhsil alacaq.Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Nişantaşı Universitetinin rektor köməkçisi Sibel Baykut bildirib. Belə ki, II Qarabağ döyüşü zamanı şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülki şəxslərin yaxınları olan 20 tələbəyə təqaüd veriləcək və onlar Nişantaşı Universitetində tam pulsuz təhsil alacaqlar. Bununla bağlı …

Read More »

İşğaldan azad edilmiş ərazilərdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd edək ki, dövlət başçısının sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanda reabilitasiya infrastrukturun müasir tələblərə …

Read More »

Leyla Əliyeva Ali Baş Komandana şeir həsr etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılan zəfər münasibətilə “Əsgər” şeirini həsr edib. Leyla Əliyeva şeiri şəxsi “Instagram hesabında paylaşıb.Şeiri rus dilindən Aydan Xəndan tərcümə edib.Həmin şeiri təqdim edirik:Əsgər, əsgər yurdun oğlu,İnanır haqqa, zəfərə!Sükutun səsin dinləyirBağlıdır nurlu vətənə!Güllədən qorxusu yoxdur,Günəşi dağlar heç örtməzƏsgər bilir sevgi nədirƏdalətdən üz döndərməz!Yoxdur qorxu ürəyindəGecə bitsin, səhər gəlsin!Zülmətdən …

Read More »

Eşitmə və Nitq məhdudiyyətli gənclər əsgərlərimizə dəstək oldu (Foto-Video)

Eşitmə və Nitq məhdudiyyətli gənclər ənənə halına gələn əsgərə məktub layihəsini davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Sosialmedia.az-a Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi sədri Cəmilə Çingiz qızı məlumat verib. Onun sözlərinə görə, bu layihənin məqsədi, əsgərə dəstək və ruh yüksəkliyi verərək , Eşitmə məhdudiyyəti olan gənclərin Ali Baş Komandanımız cənab İlham Əliyevə olan sonsuz …

Read More »