Cümə , 26 Aprel 2024

Cəmiyyət

Adil Əliyev: Qarşıda bizi daha ciddi işlər gözləyir, bu səbəbdən də hər kəs öz məsuliyyətini başa düşməlidir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edildikdən sonra qarşıda duran əsas məqsədlərdən biri də bərpa-quruculuq işlərinin həyata keçirilməsi və vətəndaşlarımızın öz torpaqlarına geri qayıtmasıdır. Dövlətimizin başçısı həmişə çıxışlarında bildirir ki, işğaldan azad edilmiş ərazilər təkcə ölkəmizin yox, eyni zamanda, dünyanın cənnət …

Read More »

Prezident Arif Rəhimzadəni təltif etdi

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək, sabiq deputat kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Arif Rəhimzadənin 80 yaşı tamam olur.

Read More »

Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı yoluxanları üstələyib

Dünyada insanlara 104 milyondan çox doza koronavirusa qarşı peyvənd vurulub ki, bu da pandemiyanın başlanğıcından bəri COVID-19-a yoluxanların ümumi sayından çoxdur. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Bloomberg” agentliyinin hökumət saytlarından, mətbuat konfranslarından, açıq bəyanatlardan və agentliyə verilən müsahibələrdən əldə etdiyi məlumatlar əsasında apardığı hesablamada görmək olar. Agentliyin məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 103,8 milyondan çox insan koronavirusa yoluxub. ABŞ-da yoluxanların …

Read More »

Hulusi Akar Macarıstana səfərə gedib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Macarıstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, onu paytaxt Budapeştin hava limanında Macarıstan müdafiə naziri Tibor Benko qarşılayıb. Nazirlər ilk növbədə paytaxtdakı Türk Şəhidliyini ziyarət ediblər. Buradakı anım mərasimində Hulusi Akar, daha sonra isə Tibor Benko Birinci Dünya müharibəsi Qalisiya cəbhəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar. Daha sonra …

Read More »

Rusiyanın iki şəhərindən Qəbələyə uçuşlar başlayır

Rusiyanın “Azur Air” şirkəti paytaxt Moskvadan və Sankt-Peterburq şəhərindən Azərbaycanın Qəbələ şəhərinə uçuşların həyata keçirilməsinə dair razılıq əldə edib. Boyukmillet.com  bu barədə “İnterfaks” agentliyinə istinadən xəbər verir. Məlumata görə, aviareyslər bu aydan yerinə yetirilməlidir. Xatırladaq ki, “Azur Air” uçuşlara 2014-cü ildən başlayıb.

Read More »

Xalq artisti Rəmişin səhhəti ilə bağlı son durum açıqlanıb

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Bunu  açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib. O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”. G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Xatırladaq ki, səhhətində …

Read More »

Türkiyə vətəndaşlarının Gürcüstana daxil olması asanlaşdırılır

Gürcüstan hökuməti Türkiyə vətəndaşlarının ölkəyə daxilolma rejimini sadələşdirir. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib. Onun sözlərinə görə, Türkiyədən Gürcüstana səfər edəcək şəxslər “PCR” testinin mənfi nəticəsini təqdim edərək ölkəyə daxil ola biləcəklər və üç gündən sonra təkrar test verməli olacaqlar. Nazir həmçinin qeyd edib ki, digər ölkələrdən də Gürcüstana giriş rejiminin asanlaşdırılması məsələsi nəzərdən …

Read More »

Elməddin Behbud: QHT-ləri ictimai aktuallıq kəsb edən mövzularda layihələrlə çıxış etməyə hazırlaşmağa dəvət edirik

Ötən gün Prezident İlham Əliyev Şuşada, Qarabağda aparılan bərpa işlərinə ictimai nəzarətin olmasının vacibliyini, əks halda özbaşına tikililərin və qanunsuz olaraq torpaqların zəbt ediləcəyini bildirib. İctimai nəzarəti necə təşkil etmək olar? Bu prosesə QHT-lərin cəlbi üçün QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan edə bilərmi? Bu barədə  açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri …

Read More »

Ali məktəblərdə hərbi dərslər bərpa olunmalıdır

Biz strateji cəhətdən elə bölgədə yerləşirik ki, hər bir vətəndaş hərbi biliklərə sahiblənməlidir Azərbaycan coğrafi mövqeyi, yeraltı və yerüstü təbii sərvətlərinə görə yüzillər boyu işğalçı qüvvələrdən əziyyət çəkib. Elə öz üzdəniraq mənfur qonşularımız bunun ucbatından başımıza bəlalar gətiriblər. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, hər tərəfdən öz torpaqları ilə həmsərhəddir. Rusiyada, İranda, Gürcüstanın özündə, hətta bir vaxtlar Azərbaycanın İrəvan xanlığına məxsus olan …

Read More »