Cəmiyyət

Qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq xəsarət alıb

Bu gün saat 10:00-a qədər olan məlumata görə qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib. Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Read More »

Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, bu, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb: “Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm …

Read More »

Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salınıb

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Boyukmillet.com xəbər verir ki, bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib. Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı hələlik Təhsil Nazirliyinin qərarı yoxdur. Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək …

Read More »

Mahirə Nağıqızı Pirallahıda qaziylə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor, alim-şair Mahirə Nağıqızı Hüseynova Pirallahıda yaşayan qazimiz Bədirxanov Süleyman Əhməd oğlunu ziyarətə getmiş, onun adına əhd etdiyi qurbanı kəsdirmişdir. Boyukmillet.com-un məlumatına görə Süleyman Bədirxanov 44 günlük Vətən müharibəsinin ilk günlərindən ön cəhbədə olmuş, düşmənlə vuruşda qəhrəmanlıqlar göstərmişdir. Döyüşlərin ən qızğın vaxtlarında ailəsi və yaxınları Süleymanla əlaqəni itirirlər.  Ailə böyük narahatlıq keçirir, gecə-gündüz oğlanlarından xəbər …

Read More »

Deputat hərbçilərin maaş məsələsini QALDIRDI

Deputat Azay Quliyev parlametin bu gün keçirilən iclasında hərbi qulluqçulara verilən maaşlara toxunub. Boyukmillet.com xəbər verir ki, deputat “Hərbi qulluqçuların statusu haqqında” qanuna baxılmağın vacibliyini vurğulayıb.Azay Quliyev xatırladıb ki, döyüş bölgəsində xidmət edənlərə əvvəllər ikiqat pul ödənişi edilib:“Lakin son vaxtlar məsələ ilə bağlı müzakirələrə səmimi yanaşanlar da, məsələni istismar edənlər də var.Döyüş bölgəsində xidmət edənlərə pul ayrılması nəzərdə tutulurdu. Məsələ …

Read More »

Nazirlik: Azərbaycanda orta aylıq əmək haqqı təxminən 710 manatdır

“Pensiya kapitalının çox olması ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Bu gün ölkədə orta aylıq əmək haqqı məbləği təxminən 710 manatdır. Minimum pensiya məbləği isə 200 təşkil edir”. Boyukmillet.com  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, təxminən 5-10 il sonra …

Read More »

Sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq. Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra …

Read More »

Nazirlik pensiya yaş həddinin yüksək olması ilə bağlı fikirlərə münasibət bildirib

“Hazırda ölkədə əhalinin pensiya yaş həddi yüksək deyil. Bununla bağlı mütəmadi təhlillər və müşahidələr aparılır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov “Yeni TV”yə müsahibəsində deyib. Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda pensiya yaş həddinin yuxarı olması müşahidə edilmir: “Həyat səviyyəsinin ömür uzunluğunun artması səbəbindən pensiya …

Read More »

Azərbaycanda 200 mindən çox vətəndaş COVID-19-a qarşı vaksinasiya edilib

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Səhiyyə Nazirliyindən  verilən məlumata görə, strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. “Fevral ayının 23-nə olan məlumata görə, 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. …

Read More »

Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 2 000 nəfərə yaxın artıb. Bu barədə  muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Cari il yanvarın 1-ə Naxçıvan Muxtar Respublikası əhalisinin sayı bir il öncəyə nisbətdə 1 905 nəfər artıb. Qeyd edilir ki, hazırda Naxçıvan əhalisinin sayı 461 min 530 nəfərdir.

Read More »