Şənbə , 18 May 2024

Cəmiyyət

İdarə Bakıda məktəbin koronavirusa görə bağlanması barədə məlumat yayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli tam orta məktəbin koronavirusa görə bağlanması barədə məlumat yayıb. İdarədən bildirilib ki, məktəb fəaliyyətini distant təhsil formasında davam etdircək. Qeyd olunub ki, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb: “Bu səbəbdən Bakı …

Read More »

“Azərpoçt”un baş direktoru vəzifəsindən azad edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub. Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan AGBank ASC-nin İdarə Heyətinin sədri olub.

Read More »

MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, Müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə …

Read More »

COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək

Müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər. Boyukmillet.com  “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Tofiq ər-Rəbiyə bildirib. “Həcc ziyarətinə qatılmaq üçün əsas şərt yeni növ koronavirusa qarşı aşılanmaqdır”, – o deyib. Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək. Xatırladaq ki, keçən il pandemiya …

Read More »

Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb

Son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb. 1191 dayanacaq təmir edilərək sərnişinlərin istifadəsinə verilib. Nəticədə dayanacaqların 42 %-i yenilənib, şəhər üzrə ümumi dayanacaq tələbatının 90,1 %-i təmin edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. İctimai nəqliyyat infrastrukturunun yenilənməsi zamanı informsiya texnologiyalarının imkanlarından da istifadə olunur. Bu çərçivədə Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə dayanacaq pavilyonu Heydər …

Read More »

Bakıda “Formula 1” yarışının keçirilmə müddəti daha bir il uzadıldı

Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin keçirilmə müddəti daha bir il uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıblama verib. O deyib ki, ötənilki qran-pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir. Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Qran-prisi 4 – 6 iyunda …

Read More »

Nigar Arpadarainin əvəzinə yeni təyinat oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) yeni təyinat olub. Boyukmillet.com-un məlumatına görə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi Ayan Nəcəf-Ağayevaya həvalə edilib. O, yeni vəzifədə Nigar Arpadaraini əvəzləyib. Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də çalışıb. O, 2020-ci ildə 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.

Read More »

Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub

Martın 1-də Milli Məclisin Gənclər və idman komitəsində bir qrup Vətən müharibəsi qəhrəmanı, idmançı və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyilə gənclərimizin torpaqlarımızı işğalçılardan azad etməsini tariximizin …

Read More »

Ersin Tatar Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, Xocalı qətliamını törədənləri yenidən lənətləyərək, bu qətliamda həyatını itirənləri sayğı ilə anıb.  Qeyd edək ki, başsağlığı mesajı ötən həftənin cümə günü yayılıb.  Azərbaycan xalqının Qarabağ məsələsində haqlı mübarizəsində uğur qazanacağına ürəkdən inandığını qeyd edən Ersin Tatarın mesajında bunlar bildirilir: …

Read More »

“Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın” – Azay Quliyev

Xəbər verdiyimiz kimi, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Azay Quliyev Hesablama Palatasının rəhbərlik etdiyi qurumda ilk dəfə yoxlama apardığını bildirib: “Hər şey şəffaf və açıq olmalıdır. Hesablama Palatasının vəzifəsi büdcədən maliyyələşən təşkilatları yoxlamaqdan ibarətdir. Həmin qurum çatışmazlıqları və nöqsanları aşkarlayır. Burada qeyri-adi hadisə baş verməyib. Mən istəməzdim bu yoxlamanı ictimailəşdirib, mahiyyətindən kənara …

Read More »