Cəmiyyət

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2-6 fevral tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək. AQTA-dan verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Ağzıbir, Sarısu və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron, Şirvan, Ağ Göl, …

Read More »

Toylara icazə verilə bilər: “Qonaqların sayının az olması əsas şərtdir”

“Yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirir”. Boyukmillet.com Publika.az-a istinadən  xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov toy və nişan mərasimlərinin keçirilməsinə icazələrin verilməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, toy və nişan mərasimləri müəyyən qaydalar çərçivəsində və …

Read More »

Martın sonunadək həftəsonları ictimai nəqliyyat işləməyəcək – QƏRAR

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Belə ki, 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat …

Read More »

Azərbaycanda əmək kitabçaları YIĞIŞDIRILIR

2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq. Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq. Boyukmillet.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat …

Read More »

Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb. Belə ki, əmrə əsasən Qabil Qasımov Abşeron rayon prokuroru təyin edilib. Həmçinin Baş prokurorun imzaladığı daha bir əmrlə Əli Qurbanov isə Tərtər rayon prokuroru vəzifəsinə təyinat alıb. Faktı  Baş Prokurorluğun Mətbuat Xidməti təsdiq edib.

Read More »

Bakıdakı “Formula 1” yarışının təqvimi açıqlandı

2021-ci ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin təqvimi açıqlanıb. “Formula 1″dən verilən məlumata görə, Bakıdakı yarış iyunun 4-də yerli vaxtla saat 13:30-da start götürəcək. Həmin gün saat 17:00-da ikinci test yürüşü başlayacaq. Növbəti – sonuncu sərbəst yürüş iyunun 5-də saat 14:00-da başlanacaq. Hər üç yürüş bir saat davam edəcək. Sıralama turu iyunun 5-də saat 17:00-da başlayacaq. Azərbaycan Qran-prisinə isə iyunun …

Read More »

İSBAM İH üzvləri Respublika Veteranlar Təşkilatında görüşdə

Boyukmillet.com xəbər verir ki, Azərbaycanı canından çox sevən, fəaliyyətləri dövründə dövlətə sədaqətlə xidmət edən, bu gün də dayanmadan, cəmiyyətdə vətənpərvər gənclərin yetişməsində təbliğatı ilə seçilən İSBAM İdarə Heyətinin fəal üzvləri, polkovnik Həmid Cəfərov və Natiq Bədəlov RVT -nın sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüblər.Qarabağda qazanılan uğurları qeyd etməklə , gələcəkdə görüləcək işlərlə bağlı planlardan söhbət açmışlar. Ölkə başçısına dəstək vermək, …

Read More »

Polkovnik Tehran Mənsimov: Ermənilər deyirdilər, biz vururduq, Azərbaycan hərbçiləri qalxaraq gəlirdilər. Həqiqətən…

O, Vətən müharibəsinin qəhrəmanlarındandır. Bir çox silahdaşları kimi adına dastanlar qoşulacaq komandirdir. O, eyni zamanda işinin peşəkarı olan hərbçidir. Onunla söhbət də maraqlıdır. Xüsusən də Şuşanın işğaldan azad edilməsi ilə bağlı söylədikləri. Söhbət Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimovdan gedir. T.Mənsimovun Naxçıvanın “Şərq Qapısı” qəzetinə müsahibəsindəki məhz Şuşa ilə bağlı hissəni təqdim edirik: “Şuşaya gedən yol var. Həmin …

Read More »

“Tender zamanı şəffaflığa nail olmaq istəyiriksə…”

AQC rəsmisindən təklif: “Tenderlər və kotirovka sorğularından əvvəl ilkin  qiymətləndirmə aparılsın” Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi və institusional islahatlar həyata keçirilir. Bu islahatlar bir tərəfdən idarəetməyə yeni kadrların gətirilməsini, digər tərəfdən isə dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılmasını özündə ehtiva edir. Azərbaycan İnvestisiya Holdinqinin təsis olunması və əksər dövlət qurumlarının, o cümlədən dövlət payı olan cəmiyyətlərin vahid prinsiplər əsasında …

Read More »

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib. “İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir”, – hökumətin sözçüsü bildirib. Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

Read More »