Milli Məclisin deputatı Cəbi Quliyev sosial şəbəkə istifadəçilərinə çağırış edib. Deputat sosial piratçıların oyununa düşməmək üçün şəbəkə istifadəçilərinin ayıq-sayıq olmalarını istəyib: “Artıq bir neçə gündür sosial şəbəkələrdə peyda olmuş naməlum qruplaşma tərəfindən xüsusilə Facebook da sosial şəbəkə piratlığı geniş yayılır. Mənbəyi məlum olmayan hesablardan sizə “videocall” edilə, sizin məlumatlarını oğurlana, müxtəlif formada şəkillərinizi redaktə edilə, videolarınızı montajlaya bilər və sonradan sizə qarşı şantaj ünsürü olaraq istifadə edilə bilər. Bütün hər kəsi bu hallarla mübarizə etməyə, aiddiyatı qurumları işə xüsusi diqqətlə yanaşmağa çağırıram”.
Check Also
Nazirlik: İranda azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda – red.) Azərbaycan dilində tədris aparılan bir …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
