Çərşənbə axşamı , 31 Mart 2026

Cəmiyyət

Erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsaiti buraxılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib. Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 …

Read More »

Müharibədən qayıdan Tofiq Musayev: “Mən sözlə yox, əməllə göstərirəm”

“30 illik həsrətimiz başa çatdı. Sevinirik ki, Ali Baş Komandanın sayəsində qələbə qazandıq”. Bu fikirləri mediaya açıqlamasında Vətən müharibəsində iştirak etmiş MMA döyüşçüsü Tofiq Musayev deyib. 31 yaşlı idmançı müharibə başlayan gündən döyüşə yollanmaq istədiyini bildirib: “Artıq sentyabrın 28-də iştirak üçün müraciət etmişəm. Bu torpağın suyunu içib, çörəyini yeyirəmsə, özümə borc bilib getmişəm və Vətən qarşısında borcumu layiqincə yerinə yetirməyə çalışmışam. …

Read More »

Mədəniyyət Nazirliyi işçi axtarır

Mədəniyyət Nazirliyi bir sıra vəzifələrin tutulması üçün daxili müsahibə elan edib. Bu barədə  nazirlikdən məlumat verilib. Bildirilib ki, Aparat rəhbəri, Regional siyasət şöbəsinə müdir və Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinə müdiri vəzifəsinin tutulması üçün daxili müsahibə elan edilib.Müsahibədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə …

Read More »

Bakıda yaşayan Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı dəyişdirilib

Naxçıvanda daimi qeydiyyatda olan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsinə Bakı-Naxçıvan-Bakı təyyarə reyslərinin bərpasından sonra başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov məlumat verib. O bildirib ki, bir neçə gündür Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə təxirə salınmış Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edildikdən dərhal sonra Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində …

Read More »

Azərbaycanda koronavirusa qarşı peyvəndləmədən imtina edəcək şəxslərə xəbərdarlıq olunub

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə sualları cavablandırıb. Boyukmillet.com həmin müsahibəni təqdim edir: – Adətən peyvəndlərin tətbiqi necə həyata keçirilir? – Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir. Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunurlar. Bu əhali qruplarına ilk növbədə …

Read More »

Gəncədə kafe sahibi və müştəriləri cərimələndi

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində …

Read More »

2021-ci ilin əsas qlobal riskləri

“Eurasia Group” analitik mərkəzi dünyanın 2021-ci ildə qarşılaşacağı risklərin reytinqini dərc edib. Bu barədə Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir. İlk sırada “bölünmüş Amerika” qərarlaşıb. Analitiklər hesab edir ki, Co Baydenin iqtidara gəlməsi ilə Birləşmiş Ştatların sakinlərinin təxminən yarısı hər növbəti dövlət başçısını qeyri-qanuni yolla seçildiyini hesab edəcək. İkinci əsas risk COVID-19 pandemiyasıdır. Mütəxəssislər hesab edir ki, peyvəndin vurulması fonunda cəmiyyətin …

Read More »

ŞAD XƏBƏR: Azərbaycanda yoluxma niyə kəskin azalıb?

Bütün dünyanı cənginə alan koronavirus son zamanlar olduqca şiddətlənib. Pandemiyanın ikinci dalğasını yaşayan ölkəmizdə isə yoluxma son günlər kəskin şəkildə azalıb. Dördrəqəmlidən birdən-birə hətta 400 civarına düşən yoluxma sayının olduqca azalması bir sıra suallar da doğurub. Yoluxma sayının minimuma düşməsinin səbəbi nədir? Bu vəziyyət testlərin az keçirilməsi ilə bağlıdır? Yoluxmanın azalmasına rəğmən sərt karantin vacibdirmi? Avropa Nevroloji Akademiyasının həqiqi üzvü, …

Read More »

Mahir Məmmədov: “Teymur Rəcəbovun uğuru siyasi qələbədir”

“Hamını təbrik edirəm. Bu, çox gözəl, hətta deyərdim ki, siyasi qələbədir”. Bu fikirləri açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirində qələbəsi barədə təəssüratlarını bölüşərkən deyib. O, 33 yaşlı qrossmeysterin turnirdə çox gözəl çıxış etdiyini bildirib: “Daniil Dubovu necə məhv etdiyini gördünüz. Final …

Read More »

Saatlıda karantin rejimini pozan 2 çay evi aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə xidmət edən 2 çay evi aşkar edilib. Hər 2 çay …

Read More »