Ermənistan illərlə baza prinsiplərinə, mərhələli həll variantına qarşı pozucu mövqe tutmaqla işğala əsaslanan status-kvonun saxlanması üzərində təhlükəli şəkildə tərslik etdi. Azərbaycan işğala söykənən status-kvonu saxlamağın mümkünsüz və perspektivsiz olduğunu Ermənistana da, onun havadarlarına da sübut etmək üçün çox qüvvə sərf etdi və mümkün olan son həddə qədər kompromislərə sadiqliyini qorudu. Boyukmillet.com xəbər verir ki bunu açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, …
Read More »Zəngilanın azad edilməsinin ölkəmiz üçün hansı əhəmiyyəti var? – ŞƏRH
“Kəlbəcər–Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad …
Read More »Prezidentə yazırlar: “Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq”
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarını uğurlu dəf etməsi, düşmənə güclü zərbələr endirərək qələbələr qazanması xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu münasibətlə vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. “Boyukmillet.com” xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. Türkiyə, Kocaelidən Ahmet Hulisi Arslan yazıb: “Hörmətli cənab Prezident. Torpaqlarınızın azadlığı üçün …
Read More »Prezidentdən növbəti paylaşım – FOTO
Prezident İlham Əliyev “Tvitter”də yeni paylaşım edib.İlham Əliyev bildirib ki, Azərbaycan bayrağı hər gün yeni bir yaşayış məntəqəsində ucaldılacaq. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.
Read More »Gəncədə valideynlərini itirmiş uşaqlara təqaüd veriləcək
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb. Ə.Əhmədov Gəncədə Ermənistanın raket atması nəticəsində dağılmış ərazidə olub və vəziyyətlə yerində danış olub. Ə.Əhmədiv jurnalistlərə açıqlamasında bildirib ki, erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən 300 manat məbləğində aylıq təqaüd təyin edilib. Baş nazirin müavini …
Read More »Düşmənə ağır zərbə: BMT-nin 27 ilə bacarmadığını Azərbaycan əsgəri etdi
Düşmən cəbhədə xeyli canlı qüvvə və texnika itirə-itirə geri çəkilməkdə davam edir. Ermənistan bu acı məğlubiyyətin əvəzini mülki əhaliyə ballistik raket və ağır artileriyadan endirdikləri zərbələrlə çıxmaq istəyirlər. Düşmən mülki əhaliyə qarşı törətdiyi bu hərbi cinayətlə hansısa beynəlxalq təşkilatların qətnamələrini kobud şəkildə pozması barədə danışmayacam. Çünki nə faydası? Düşmənin cəbhədəki məğlubiyyətlərini gizlətmək üçün yaydığı dezinformasiyalara inanan soydaşlarımızı görmək çox üzücüdür. …
Read More »Baş Prokurorluq muzdlu kimi döyüşən xarici vətəndaşlara müraciət edib
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları, eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Baş Prokurorluqdan verilən məlumata görə, bu kimi qanunsuz halların …
Read More »DİN: Emin Şəkinski xəstəxanada vəfat edib
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinski vəfat edib. Nazirlikdən bildirilib ki, o, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Məlumata görə, E.Şəkinski xəstəlikdən əziyyət çəkirmiş.
Read More »Baş Prokurorluq: Həlak olan mülki şəxslərin sayı 63-ə çatdı
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.
Read More »I Fəxri Xiyabanda təmir və abadlıq işləri aparılacaq
Bakı Şəhər İcra Hakimiyyətinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti I Fəxri Xiyabanda təmir və abadlıq işlərinin aparılması üçün kotirovka sorğusu elan edib. Sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 23-ü, saat 12:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500, ev 2 ünvanına təqdim edə bilərlər.
Read More »