Cümə , 17 May 2024

Cəmiyyət

Azərbaycan – Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır

Bu gün Azərbaycanın Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu …

Read More »

DTX vətəndaşlara müraciət etdi

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Boyukmillet.com DTX-nin saytına istinadən xəbər verir.  Qeyd edilən …

Read More »

Kamran Əsədov: Belə getsə məktəblər yenidən bağlanacaq

Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq.Bu gün Bakı şəhərində 30 dan çox məktəbin qarşısında monitorinq apardım.Bəli, valideyinlər məktəbə buraxılmır. Amma bu həll yolu deyil. 1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə …

Read More »

Ceyhun Bayramov idarə rəisini vəzifədən çıxardı, yeni təyinat oldu – XİN-də növbəti dəyişiklik

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib. Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.   Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub. R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib

Read More »

Bakı metrosunda bəzi qatarlar gecikmə ilə hərəkət edir

“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur. Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.  Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir. 

Read More »

Kocaelində “əsilsiz erməni iddiaları” ilə bağlı konfrans keçiriləcək

Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən Heydər Əliyev Kültür evi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının  təşkilatçılığı ilə “Əsilsiz erməni iddialarına açıqlıq gətirmə projesi”adlı konfrans keçiriləcəkdir. Bu haaqda Boyukmillet.com-a  Heydər Əliyev Kültür evinin və Tadef başqanı Bilal Dündar məlumat verib. O bildirib ki, konfransda erməni ordusu və çətələri tərəfindən həyata keçirilmiş qətliyamlar, hərbi cinayətlər gündəm mövzusu olaraq müzakirə olunacaq. Konfransda Türkiyə və …

Read More »

QHT sədri: Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlı mühüm məsələlərə toxunub. “Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan tarixinə, xalqımızın keçdiyi yola diqqətlə nəzər salır, bu yolda xidmətləri olan şəxsləri ehtiramla yad edir. Çünki cənab Prezident vətənpərvər bir azərbaycanlı və tariximizin mükəmməl bilicisidir”.  Bu sözləri mediyaya açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai …

Read More »

“Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” monoqrafiyanın təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, bir çox elmi, bədii və tərcümə əsərlərinin müəllifi olan gənc tədqiqatçı Nərgiz İsmayılovanın Türkiyədə çapdan çıxmış sözügedən monoqrafiyası çoxəsirlik ənənələrə malik Naxçıvan ədəbi …

Read More »

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ 18 SENTYABR – MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRDİ

Ağstafa Regional Mədəniyyət İdarəsi  karantin qaydalarına riayət etməklə 18 sentyabr – Milli Musiqi gününə həsr olunmuş tədbir keçirdi. Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində baş tutan tədbirdə idarənin rayonlar üzrə nümayəndələri, uşaq musiqi məktəblərinin direktorları və pandemiya dövründə keçirilən distant dərslərdə fəallığı ilə seçilən bir qrup müəllimlər iştirak etdilər. Tədbir iştirakçılarını yeni başlayan tədris ili, həmçinin Milli Musiqi günü …

Read More »

Biləsuvar Təhsil Şöbəsi Məktəbdə Baş Verənlərdən Xəbərsizdir

Bilasuvar rayonu 4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə karantin rejimini kobud şəkildə pozaraq özünə doğum günü keçirib. Boyukmillet.com xəbər verir ki, E.Ağazadə Bilasuvar royununun təhsil şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən, himayə olunmaqdadır. Bildirilir ki, gənc direktor bir sıra özbaşnalıqlara yol verir. Müəllim kollektivi və işçilərlə kobud şəkildə rəftar edir. Ölkədə karantin rejiminin təyin olunmasına baxmayaraq məktəbdə özü üçün …

Read More »