Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, “BirBank” mobil tətbiqində sosial aksiya keçirilərək, yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər. Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 …
Read More »Bakıda gənclər əhaliyə bayraq payladı
Gənclər və İdman Nazirliyi ilə AFFA bayraq aksiyası təşkil edib. Boyukmillet.com-un məlumatına görə, gənclər paytaxtın 3 fərqli hissəsində bayraqlar paylayıblar. Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova jurnalistlərə açıqlamasında aksiyanın “Biz birlikdə güclüyük” adlandığını bildirib: “Gənclər Azərbaycan vətəndaşlarına, əhaliyə bayraq paylayırlar. Hamıya bəllidir ki, gərgin döyüşlər gedir. Bayraqların eyvanlardan asılması, maşınlarda çox olması xalqımızın birliyidir, bayrağa və vətənə olan sevginin rəmzidir. Gənclər şəhərin 3 nöqtəsində, dayanacaqlarda …
Read More »Azərbaycanda övladlığa götürülən uşağa müavinət veriləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, qanuna əlavə edilən yeni maddəyə əsasən övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşir. Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, …
Read More »İlham Əliyev Nigeriyanın dövlət başçısını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buhariyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident, Nigeriya Federativ Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin …
Read More »Sabir Rüstəmxanlıdan dünyaya çağırış: “Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarına, türk Dünyasına və sülhpərvər dünya ictimaiyyətinə müraciət qəbul edib. Həmin müraciəti diqqətinizə çatdırırıq: Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyacan və təşviş içində. 30 ildir Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, …
Read More »Ermənistanın azərbaycanlı icmasının BƏYANATI
Sentyabrın 27-də Ermənistan slahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq rəşadətli Azərbaycan ordusunun əks-hücumları davam edir. Düşmən geri oturdularaq, 30 ildən bəri erməni faşist rejiminin işğalı altında olan ərazilərimiz geri qaytarılır. 30 ildən artıq dözümlülük göstərən, problemin sülh yolu ilə həlli üçün bütün vasitələrə əl atan, lakin hər dəfə ermənilərin bu danışıqları pozduğunu, beynəlxalq təşkilatların, bu prosesdə iştirak …
Read More »Mövlud Çavuşoğlu: “Ermənistanın etdiklərinin cavabı olmalıdır”
“Ermənistan bu təcavüzləri ilə “beynəlxalq sistemi və hüququ saymıram” deyir. Bunun bir cavabı olmalıdır”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Azərbaycan məsələni meydanda həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq demişik. Azərbaycanın mübarizəsi öz torpağındadır. Dünyanın harasında görülüb ki, işğalçı ilə işğal edilənə qarşı eyni münasibət bəslənsin?”, – nazir vurğulayıb.
Read More »Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. “Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və …
Read More »Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin adları
Bu gün səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur. Düşmənin atdığı top mərmilərindən biri rayonun mərkəzi küçəsinə düşüb. Evlərə və avtomobilə ziyan dəyib, daha 7 mülki şəxs yaralanıb. Yaralılar – Fuad İbrahimli, Mahmud İbrahimov, İsmayıl İsmayıllı, Şahin İbrahimov, Müzəffər Əliyev və İxtiyar Şərifovdur. Digər yaralının şəxsiyyəti dəqiqləşdirilir. Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.
Read More »Prezidentə yazırlar: “Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik”
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Boyukmillet.com xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. Ucar rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi …
Read More »